XƏBƏRLƏR / Elm və Texnologiya

Çin yeni peykini uğurla orbitə çıxarıb

Raket Bakı vaxtı ilə saat 04:54-də Ciuquan kosmodromundan buraxılıb

Çin yeni peykini uğurla orbitə çıxarıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Çinin "Long March-2D" daşıyıcı raketi “Yunhai-1-04” hava peykini uğurla orbitə çıxarıb.

    Raket Pekin vaxtı ilə saat 08:54-də (Bakı vaxtı ilə saat 04:54) Ciuquan kosmodromundan buraxılıb.

    “Yunhai-1” seriyalı qurğular Şanxay Kosmik Texnologiyalar Akademiyası tərəfindən atmosferin, yerin su hövzələrinin və kosmik mühitin vəziyyətini izləmək, təbii fəlakətlərin qarşısını almaq və onlarla mübarizə aparmaq, həmçinin elmi təcrübələr aparmaq üçün yaradılıb.