Tesla Model Y dünyada ən çox satılan avtomobil oldu
Model Y Toyota RAV4 və Toyota Corolla-dan 2 dəfə baha olsa da, ən çox satılan avtomobilə çevrilib
Jato Dynamics araşdırması göstərir ki, Tesla Model Y 2023-cü ilin birinci rübündə Toyota RAV4 və Toyota Corolla-nı geridə qoyaraq dünyanın ən çox satılan avtomobil modeli olub.
Yanvar-mart aylarında dünyada 256,4 min Corolla və 214,7 min RAV4-ə qarşı 267,2 min Model Y satılıb. Eyni zamanda, Model Y-nin qiyməti 47,49 min dollardan başlayır, Corolla-nın baza versiyası isə 21,55 min dollar, RAV4-ün qiyməti isə 27,575 min dollardır.
MarketWatch qeyd edir ki, bu, tarixdə ilk dəfə elektrik avtomobilinin ən çox satılan avtomobilə çevrilməsidir.
Tesla konkret modellər üçün satış rəqəmlərini açıqlamır, lakin ilk rübdə təxminən 400.000 Model Y və Model 3 tədarükləri haqqında məlumat verdi. Birgə satış həcminə görə şirkət ötən il dünyada 19-cu yeri tutmuş, Volkswagen, Toyota, General Motors və Ford Motor liderlik edib.