XƏBƏRLƏR / Elm və Texnologiya

"Skype" canını tapşırdı

Platforma fəaliyyətini rəsmi olaraq dayandırıb

"Skype" canını tapşırdı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gündən "Microsoft" şirkəti "Skype" platformasının fəaliyyətini rəsmi olaraq dayandırıb.

    Şirkətin texniki dəstək səhifəsində istifadəçi hesablarının avtomatik olaraq "Microsoft Teams" xidmətinə köçürüləcəyi qeyd olunub.

      Qeyd edək ki, "Skype" platforması ilk dəfə 2003-cü ildə istifadəyə verilib və 2011-ci ildə "Microsoft" tərəfindən satın alınıb.

      2010-cu ilin sonuna olan məlumata görə, proqramın 663 milyon qeydiyyatdan keçmiş istifadəçisi var idi.

      2020-ci ildə gündəlik 40 milyon aktiv istifadəçi var idi.

      2011-ci ildə tərtibatçıların əksəriyyəti və ümumi şöbə işçilərinin 44%-i Estoniyada - Tallinn və Tartuda yerləşirdi.