XƏBƏRLƏR / Elm və Texnologiya

Azərbaycan Elmi Ay Stansiyasının inşasında iştirak edəcək

Bu barədə "Roskosmos"un baş direktoru Dmitri Bakanov bildirib

Azərbaycan Elmi Ay Stansiyasının inşasında iştirak edəcək
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Rusiya və Çinin birgə təşəbbüsü ilə Beynəlxalq Elmi Ay Stansiyasının yaradılmasında iştirak edəcək ölkələrdən birinə çevrilib.

    Bu barədə "Roskosmos"un baş direktoru Dmitri Bakanov BRİKS ölkələrinin kosmik agentlikləri rəhbərlərinin görüşündə bildirib.

    Layihəyə ümumilikdə 13 ölkə, o cümlədən Azərbaycan, həmçinin Belarus, Boliviya, Venesuela, Cibuti, Misir, Nikaraqua, Pakistan, Seneqal, Serbiya, Tailand, Cənubi Afrika Respublikası və Efiopiya qoşulub.

    Bakanov Rusiyanın Ay, Mars və Veneranın tədqiqi sahəsində unikal elmi məktəblərə malik olduğunu qeyd edib, həmçinin dərin kosmosun tədqiqində beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb. O, mütəxəssislərin hazırlanması və tələbə təşəbbüsləri üzrə birgə proqramların genişləndirilməsinə çağırıb.

    "Roskosmos" rəhbərinin sözlərinə görə, Rusiyanın texnoloji nailiyyətləri yeni beynəlxalq kosmik layihələr üçün əsas ola bilər və BRİKS ölkələrinin və digər tərəfdaşların iştirakı kosmik tədqiqatları daha səmərəli və milli büdcələr üçün əlçatan edəcək.