XƏBƏRLƏR / Elm və Texnologiya

"Amazon" şirkəti peyk internet bazarına girir

"Kupier" layihəsi İlon Maskın "Starlink" peyk internet sisteminə birbaşa rəqib olacaq

"Amazon" şirkəti peyk internet bazarına girir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Amazon" şirkəti İlon Maskın "Starlink" peyk internet sisteminə birbaşa rəqib olan "Kuiper" layihəsi çərçivəsində ilk qrup internet peyklərini kosmosa göndərib.

    "United Launch Alliance" (ULA) Atlas V raketi Floridadakı "Cape Canaveral" Hərbi Hava Qüvvələri Stansiyasından səhər saat 7-də havaya qalxıb. Bazar ertəsi yerli vaxtla (GMT 23:00) orbitə 27 peyk aparıb.

    Yaxın bir neçə il ərzində "Amazon" 590, 610 və 630 km yüksəkliklərdə yerləşəcək və 12 yerüstü stansiya ilə birlikdə fəaliyyət göstərəcək aşağı Yer orbitinə 3236 peyk çıxarmağı planlaşdırır.

    Sistem saniyədə 400 meqabitə qədər (1 Gbit/s və ya daha çox artırmaq imkanı ilə) genişzolaqlı internetə çıxış təmin edəcək.