XƏBƏRLƏR / İctimaiyyət

Yardımlıda 6500 ədəd xaş-xaş kolu məhv edilib

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları kompleks tədbirlər keçiriblər

Yardımlıda 6500 ədəd xaş-xaş kolu məhv edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Arvana kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.

    Ümumi çəkisi 1420 kiloqram olan 6500 ədəd xaş-xaş kolu məhv edilib.