XƏBƏRLƏR / Məhkəmə

Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural"ı ləğv edib

Bu ictimai milli-mədəni təşkilata Şahin Şıxlınski rəhbərlik edirdi

Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural"ı ləğv edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yekaterinburqda (Rusiya) məhkəmə Şahin Şıxlınskinin rəhbərlik etdiyi "Azərbaycan-Ural" ictimai milli-mədəni təşkilatının ləğv edilməsi barədə qərar qəbul edib.

    Bu barədə Rusiya mediası məlumat yayıb.

    Qeyd olunub ki, məhkəmənin qərarı 2026-cı il iyunun 3-də qəbul edilib, lakin bu barədə yalnız indi məlum olub. Təşkilat Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrindən çıxarılıb.

    Məlumata görə, "Azərbaycan-Ural" 2023-cü il yanvarın 13-də Yekaterinburqda qeydiyyatdan keçib. Şıxlinski təşkilata 2004-cü ildən rəhbərlik edirdi.

    Xatırladaq ki, Şahin Şıxlinski 2025-ci ilin yayında Yekaterinburqda saxlanılıb. Sonradan Rusiya məhkəməsi onu bir sıra cinayət ittihamları, o cümlədən qətllərin təşkili və hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiqi ilə bağlı ittihamlar üzrə təqsirli bilib. Hökmlərin məcmusuna görə o, 24 il azadlıqdan məhrumetmə cəzası alıb.