XƏBƏRLƏR / İctimaiyyət

Dekabrın sonunda 7 gün ardıcıl iş günü olacaq

Nazirlər Kabineti bu barədə qərar verib

Dekabrın sonunda 7 gün ardıcıl iş günü olacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İş və istirahət günlərinin yerləri dəyişdirilib.

    Nazirlər Kabineti bu barədə qərar verib.

    Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.

    Qeyd edək ki, gələn il 4 və 5 dekabr şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, bir həftə ardıcıl - 30 dekabr və 31 dekabr 2024-cü il, 1 yanvar, 2 yanvar, 3 yanvar, 4 yanvar və 5 yanvar 2025-ci il qeyri-iş günləri olacaq.

    23-29 dekabr - iş günləri, 30 dekabr-5 yanvar - istirahət günləridir.