XƏBƏRLƏR / İctimaiyyət

Yeni ildə ardıcıl 5 gün iş olmayacaq.

Nazirlər Kabinetinin bu barədə qərarı var

Yeni ildə ardıcıl 5 gün iş olmayacaq.
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu il Azərbaycanda sonuncu qeyri-iş günü 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə təsadüf edir.

    2026-cı ilin istehsalat təqviminə əsasən, 1 və 2 yanvar tarixləri Yeni il bayramı münasibətilə qeyri-iş günü hesab olunur. 3 və 4 yanvar isə şənbə və bazar günlərinə düşür.

    Beləliklə, Yeni il ərəfəsində 31 dekabrdan 4 yanvaradək ölkədə ardıcıl 5 gün iş olmayacaq.