XƏBƏRLƏR / İctimaiyyət

Yol Polisi piyadalara müraciət edib

“Yolu keçərkən diqqətli olun!"

Yol Polisi piyadalara müraciət edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadalara növbəti dəfə müraciət edib.

    Bu barədə BDYPİ-dən məlumat verilib.

    Müraciətdə piyadalar təhlükəsizliyə laqeyd yanaşmamağa çağırılıb.

    “Yolu keçərkən müəyyən olunmuş piyada keçidlərindən istifadə etmək, diqqətli olmaq və yol hərəkəti qaydalarına əməl etmək hər birimizin məsuliyyətidir”, - deyə müraciətdə vurğulanıb.