Youtube kanalının rəhbəri Teymur Kərimov saxlanılıb
Bu barədə DİN rəsmi məlumat yayıb
DİN məlumat yayıb ki, "Kanal-11" Youtube kanalının rəhbəri Teymur Kərimovun saxlanıldığını təsdiq edib.
O, dekabrın 11-də bir neçə vətəndaşdan daxil olan şikayət əsasında saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələbetmə (182-ci) maddəsi ilə cinayət işi başladılıb.
Hazırda istintaq hərəkətləri aparılır, deyə DİN-in mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib.