XƏBƏRLƏR / Məhkəmə

Yuliya Timoşenkoya Kiyev bölgəsini tərk emək qadağan edilib

Bu barədə Ukrayna məhkəməsi qərar verib

Yuliya Timoşenkoya Kiyev bölgəsini tərk emək qadağan edilib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ukrayna məhkəməsi sabiq Baş nazir Yuliya Timoşenko barəsində 33 milyon qrivna məbləğində girov qətimkan tədbiri seçib.

    Timoşenkonun müstəntiqin icazəsi olmadan Kiyev bölgəsini tərk etməsi də qadağan edilib.

    Timoşenkonun elektron qolbaq taxmaq öhdəliyi yoxdur.

    O, məhkəmədəki çıxışı zamanı hakimdən ümumiyyətlə qətimkan tədbirini təyin etməməsini istəyib.

    Qeyd edək ki, Ukraynanın keçmiş Baş naziri Yuliya Timoşenkonun “Batkivşçina” partiyasının ofisində axtarış aparılıb. Ofisdən iş telefonları, parlament sənədləri və şəxsi vəsaitlər götürülüb.

    Keçmiş baş nazir bu hadisələri “siyasi sifariş” adlandırıb və ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.

    Timoşenko qeyd edib ki, ofisdə 30-dan çox silahlı şəxs olub və onlar heç bir prosessual sənəd təqdim etməyiblər.

    Xatırladaq ki, bundan əvvəl Ukraynanın Milli Anti-Korrupsiya Bürosu (NABU) və Prokurorluq (SAP) Ali Radada bir fraksiyanın rəhbərinin deputatlara müəyyən qanun layihələrinin lehinə və əksinə səs vermələri üçün pul təklif etməsi faktını üzə çıxardıqlarını açıqlamışdılar.