XƏBƏRLƏR / Hərbi

Zakir Həsənov qırğızıstanlı həmkarı ilə görüşüb

Müdafiə Nazirliyi xəbər verir

Zakir Həsənov qırğızıstanlı həmkarı ilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Qırğızıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin müdafiə naziri general-mayor Ruslan Mukambetov ilə görüşüb.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, görüşdə ölkələr arasında hərbi və hərbi-texniki sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, eləcə də maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.