XƏBƏRLƏR / Hərbi

Zakir Həsənov Türkiyəyə başsağlığı verdi

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib

Zakir Həsənov Türkiyəyə başsağlığı verdi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı verib.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Başsağlığında deyilir: "“Pençe-Kilit” antiterror əməliyyatı bölgəsində terror təşkilatı üzvlərinin hücumu nəticəsində şanlı türk ordusunun hərbi qulluqçularının şəhid olması və yaralanması xəbərləri məni dərindən kədərləndirdi. Sizin acınız bizim də acımızdır.

    Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və Sizi var gücümüzlə dəstəkləyirik.Şəhid olmuş qəhrəman türk əsgərlərinə rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.

    Allah rəhmət eləsin".

    Qeyd edək ki, İraqın şimalında Türkiyə ordusunun iüç hərbçisi şəhid olub.

    “Pəncə-Kilid” əməliyyatı zonasında hərbçilərə hücum edilib. Bir hərbçinin isə yaralandığı bildirilir.

    Türkiyənin Milli Müdafiə Nazirliyi bölgədə əməliyyatın davam etdiyini qeyd edib.