XƏBƏRLƏR / Kriminal

Zaqatalada kişi əvvəlcə həkimi, sonra özünü güllələdi

YENİLƏNİB

Zaqatalada kişi əvvəlcə həkimi, sonra özünü güllələdi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 12:13

    Avqustun 27-də saat 10 radələrində Zaqatala rayonu, Aşağı Tala kəndi ərazisində 2 şəxsin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Bu barədə Baş Prokurorluqdan bildirilib.

    Araşdırma zamanı 1960-cı il təvəllüdlü Həsən Davudovun aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açaraq tanışı 1947-ci il təvəllüdlü Tarıyel Əhmədovu qəsdən öldürməsi, daha sonra isə eyni silahla özünə atəş açaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

    ***

    11:04

    Avqustun 27-də saat 09 radələrində Zaqatala rayonunda 1946-cı il təvəllüdlü Tariyel Əhmədovun odlu silahdan açılan atəşlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

    Bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.

    Əməli törətməkdə şübhəli bilinən, 1960-cı il təvvəllüdlü Həsən Davudov daha sonra həmin ov tüfəngi ilə özünü öldürüb.

    Araşdırma aparılır.

    Tariyel Əhmədovun Zaqatalada tanınmış həkim olduğu, bir neçə il əvvəl təqaüdə çıxdığı bildirilir. Məlumata görə, hadisə onun qudasının evində baş verib.