Zelenski Azərbaycanın yardımından danışdı
Bu barədə Ukrayna Prezidenti videomüraciətində bildirib
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanın növbəti yardımına görə təşəkkürünü bildirib.
Bu barədə Volodimir Zelenski videomüraciətində bildirib.
"Azərbaycan humanitar yardımın yeni paketini, xüsusən də minalardan təmizləmə texnikasını təqdim etməyə hazırdır. Bu, həm də bizim tərəfdaşlarla işimizin əsas istiqamətlərindən biridir", - deyə dövlət başçısı əlavə edib.