Zəlzələnin gücü 500 atom bombası təsirində olub
Bunu AFAD-ın nümayəndəsi Orxan Tatar bildirib
Kahramanmaraşda birinci zəlzələ 65 saniyə, ikinci zəlzələ 45 saniyə davam edib. Bunu AFAD-ın nümayəndəsi Orxan Tatar bildirib.
Onun sözlərinə görə, 7,7 bal gücündə birinci zəlzələnin meydana çıxardığı enerji 500 atom bombasının yaratdığı təsirə bərabər olub.
Qurum rəsmisi deyib ki, bölgədə lava axıntısı, vulkan püskürməsi, neft və ya qaz sızması kimi hallar müşahidə edilməyib. Zəlzələdən sonra 1891 afterşok qeydə alınıb.
Son məlumata görə, zəlzələ nəticəsində 10 vilayətdə ümumilikdə 20 min 665 nəfər həyatını itirib, 80 mindən çox insan xilas edilib, həmçinin 82 min 697 nəfər bölgədən təxliyə olunub.