Tacikistanda növbəti zəlzələ hadisəsi qeydə alınıb. Rixter cədvəli ilə maqnitudası 5 balla qiymətləndirilən yeraltı təkanın ocağı yerin 15 kilometr dərinliyində yerləşib. İtki və dağıntılarla bağlı məlumat yoxdur.
Xatırladaq ki, Tacikistanda 7.3 ballıq daha bir zəlzələ olmuşdu və yeraltı təkanlar Qazaxıstan, Qırğızıstan, Çin və Özbəkistanda da hiss olunmuşdu.