1 saylı Körpələr Evinin göndərişi əsasında TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasına gətirilən körpənin müalicələri yekunlaşıb.
Bu barədə TƏBİB məlumat yayıb.
Son olaraq müayinələrdən keçirilən körpənin səhhətində hər hansı narahatlıq aşkarlanmayıb, müalicələrdən sonra götürülən analizlərdə neqativ hal müşahidə olunmayıb, çəkisi 3 kiloqram 600 qramdan artıq olub.
Müalicələri yekunlaşan körpə xəstəxanadan buraxılaraq 1 saylı Körpələr Evinə təhvil verilib.