Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb

Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq paytaxtın Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bütün məlumat-sürət tablolarında "güclü külək" işarəsi qoyub.
Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.