XƏBƏRLƏR / İctimaiyyət

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib

YENİLƏNİB

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Hava şəraiti ilə əlaqədar Bakının Zığ dairəsi-Hava Limanı yolunda 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

    ***

    20 aprel 2026-cı il

    16:34


    Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

    Bildirilib ki, bununla bağlı Mərkəzin əməkdaşları tərəfindən məlumat sürət tablolarında "güclü külək" işarəsi aktivləşdirilib: "Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir".