19:18
XIN bu gün paylaşım edib: "Hər kəs mina xəritələri ilə bağlı dəqiq məlumat almaq üçün Ermənistana təzyiq etməlidir. Ermənistan tərəfindən ayrı-seçkilik olmadan yerləşdirilmiş minalar günahsız dinc əhali üçün təhlükə yaratmaqda davam edir. Daha bir mülki şəxs minaya düşüb, 2020-ci ildən indiyədək ölənlərin sayı 342 nəfərə çatıb", - paylaşımda qeyd edilib.
***
14:16
Yanvar 21-də saat 13:30 radələrində Ağdam rayonu ərazisində mina partlayışı ilə bağlı polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, Ağcabədi rayon sakini 1980-ci il təvəllüdlü Abışov Faiq Səyyad oğlu ayağından xəsarət alıb.
Polis əməkdaşları tərəfindən vətəndaş xəstəxanaya təxliyə edilib.
Araşdırma aparılır.