XƏBƏRLƏR / İctimaiyyət

11 kəndi birləşdirən yolun təmirinə 1,5 mln. manat ayrıldı

Prezident müvafiq sərəncam imzalayıb

11 kəndi birləşdirən yolun təmirinə 1,5 mln. manat ayrıldı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Prezidenti İlham Əliyev Bərdə rayonunun Əmirli-Xanağalı-Uğurbəyli və Alpout-Qarayusifli-Tumaslı avtomobil yollarının əsaslı təmiri üçün vəsaitin ayrılması barədə Sərəncam imzalayıb. 

    15 min əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən yolun əsaslı təmiri üçün 1,5 milyon manat ayrılacaq.  

    Sənədə əsasən, vəsait Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılacaq.