Tovuzda restoranda yanğın olub VİDEO

FHN xəbər verir

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Tovuz rayonunun Abulbəyli kəndində restoranda yanğın baş verib. 

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

    Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

    Yanğınsöndürənlərin müdaxiləsi sayəsində vətəndaşa məxsus ikimərtəbəli restoranda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 946 kv.m. olan restoranın dam örtüyü 30 kv.m. sahədə, 1 ədəd monitor və 1-ci mərtəbədə taxtadan ibarət arakəsmə 100 kv.m. sahədə yanıb.

    Restoranın böyük hissəsi yanğından mühafizə olunub.