DİN qanunsuz silahları təhvil verməyə çağırdı
Qanunsuz odlu silahlar könüllü veriləcəyi təqdirdə cəza təhdidi yaranmır
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib.
Bu barədə nazirliyin mətbuat xidmətinin rəisi Elşad Hacıyev paylaşım edib.
Paylaşımda bildirilir ki, qanunsuz odlu silah saxlayanlar onu təhvil verməlidir.
“Qanunsuz odlu silahlar könüllü veriləcəyi təqdirdə cəza təhdidi yaranmır. Başqa sözlə, könüllü təhvil verilsə, DİN həmin şəxsə təşəkkür edəcək”, - DİN sözçüsü vurğulayıb.