XƏBƏRLƏR / İctimaiyyət

Xocavənddə 2 ton çətənə məhv edildi

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun məlumatı

Xocavənddə 2 ton çətənə məhv edildi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Xocavənddə 2 ton çətənə məhv edilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonunun Şexer kəndinin ərazisində çətənə bitkiləri aşkar edilib.

    Yabanı halda bitən ümumilikdə, çəkisi 2 ton 128 kiloqram olan 3272 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.