Azərbaycanda yaşayış minimumunun yeni həddi müəyyənləşib
Yaşayış minimumu və ehtiyac meyarı 2023-cü illə müqayisədə 9,7 faiz artıb
Gələn il Azərbaycanda yaşayış minimumunun həddi və ehtiyac meyarı 270 manat olacaq, bu, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2024-cü il üçün Ehtiyac meyarının həddi haqqında” qanun layihələrində əksini tapıb.
Məlumata görə, yaşayış minimumu və ehtiyac meyarı 2023-cü illə müqayisədə 9,7 faiz artaraq 246 manatdan 270 manata yüksələcək.