Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev əfv edilib. Bu barədə Prezidentin sərəncamında qeyd edilib.
Xatırladaq ki, Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus "Mi-17" tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 5 ay müddətinə azadlıqdan məhrum olunub. Daha sonra R.Ədilovun şikayəti əsasında Yasamal Rayon Məhkəməsinin qərarına görə, Ə. Əliyevə 5 ay həbs cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində əvvəlki cəza müddəti ilə sonrakı cəza qismən toplanaraq ümumilikdə 6 ay azadlıqdan məhrum etmə cəzası seçilib.
VİP sədri sonuncu dəfə isə YAP-ın Binəqədə Rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşovun şikayəti əsasında məhkəməyə verilib.
O, Cinayət Məcəlləsinin148 (təhqir) maddəsi ilə təqsirli bilinərək 6 ay azadlıqdan məhrum edilib. Onun əvvəlki cəzaları birləşdirilib yekun olaraq 1 il azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Qeyd edək ki, partiya sədri 3 il 6 ay müddətə azadlıqdan məhrum edilmişdi. Partiya sədri əvvəlcə üç müxtəlif şəxs tərəfindən xüsusi ittiham qaydasında şikayət olunduğu üçün 1 il müddətə azadlıqdan məhrum edilmişdi. Daha sonra təcridxanada kamera yoldaşına xəsarət yetirdiyi üçün cəza müddəti 2026-cı ilə qədər uzadılmışdı.