XƏBƏRLƏR / İctimaiyyət

Musa Qasımlı MM sədrinin müavini postuna namizəddir

Bu gün VII Çağırış Milli Məclisin ilk iclası keçiriləcək

Musa Qasımlı MM sədrinin müavini postuna namizəddir
Musa Qasımlı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Musa Qasımlı Milli Məclis sədrinin müavini postuna namizəd olub.

    Parlamentdəki bitərəflərin bu gün keçirilən iclasında Musa Qasımlının namizədliyi dəstəklənib.

    Qeyd edək ki, bu gün VII Çağırış Milli Məclisin ilk iclası keçiriləcək. Milli Məclisin yeni tərkibdə ilk iclasında parlamentin sədri və onun müavinləri seçiləcək.

    Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.