Sabirabadda ağır yol qəzası: 3 nəfər ölüb
Yük maşını ilə "QAZ" markalı minik avtomobili toqquşub

Sabirabad rayonunda yük və minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb.
Hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayonu Nizami kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Yük maşını ilə "QAZ" markalı minik avtomobilinin toqquşması nəticəsində Cəmil Məmmədli, Nihad Məmmədli və Fərid Hümbətov ölüb.
Faktla bağlı araşdırma aparılır.