
Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticəsində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasının qarşısı alınıb.
Bu barədə Xidmətdən bildirilib.
Yanvarın 19-da saat 04:30-da “Qırmızı körpü” dövlət sərhədindən buraxılış məntəqəsində Füzuli rayon sakini 1987-ci il təvəllüdlü Sadıqov Ömər Tapdıq oğlunun idarə etdiyi “Daf” markalı 99-UL-655 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə birgə baxış zamanı avtomobilin qoşqusunun plomblanmış yük yerində gizli şəkildə dövlət sərhədini qanunsuz yolla keçməyə cəhd göstərən Gürcüstan vətəndaşı 1987-ci il təvəllüdlü Lamia Mamedova saxlanılıb.
Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.