İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi FOTO
Preziden“Əbədi məşəl” abidəsi önünə əklil qoyub
Qanlı 20 Yanvar faciəsindən 34 il ötür. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər.
Dövlət başçısı ölkəmizin azadlığı uğrunda həlak olanların əziz xatirəsini ehtiramla yad edib.
Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsi önünə əklil qoyub.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.