XƏBƏRLƏR / İctimaiyyət

Lerikdə "Kalaşnikov" avtomatı aşkarlandı

Bakı şəhəri Sabunçu rayon sakini Samir Dadaşov Lənkəran-Lerik yolunun 50-ci kilometrliyində saxlanılıb

Lerikdə "Kalaşnikov" avtomatı aşkarlandı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Lerikdə paytaxt sakinindən "Kalaşnikov" avtomatı aşkarlanıb.

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz odlu silah-sursatın saxlanılması və daşınmasında şübhəli bilinən Bakı şəhəri Sabunçu rayon sakini Samir Dadaşov Lənkəran-Lerik yolunun 50-ci kilometrliyində saxlanılıb.

    Keçirilən baxış zamanı onun əlindəki çantadan 1 ədəd "Kalaşnikov" markalı avtomat və həmin silaha aid 15 ədəd patron aşkarlanıb.

    Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

    Faktla bağlı zəruri istintaq tədbirləri davam etdirilir.