12000 manatlıq mobil telefon oğurlayan şəxs saxlanılıb

DİN xəbər verir

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Martın 29-da paytaxtın Xətai rayonunda yerləşən telefon mağazalarının birində oğurluq edilməsi ilə bağlı polisə məlumat daxil olub.

    Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində əməli törətməkdə şübhəli bilinən 20 yaşlı Ərrəhman Nadirov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, o mağazanın şüşəsini sındıraraq içəri daxil olub və oradan ümumi dəyəri 12000 manat olan mobil telefonları talayaraq hadisə yerindən uzaqlaşıb.

    Faktla bağlı Xətai RPİ-də araşdırmalar davam etdirilir.