BLOQ

13-ü, cümə günü

İsrailin İrana hücum tarixini ABŞ Prezidenti D.Tramp seçib

13-ü, cümə günü
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Hərbi əməliyyatların peşəkar ssenarisi adətən düşmənə yanlış informasiyanın, "dezo"nun ötürülməyi ilə başlayır. İsrail bu klassik başlanğıcdan məharətlə istifadə etdi. Əvvəl İran "Ettelaat"ına, yəni rəsmi kəşfiyyatına İsraildəki atom ünvanlarının siyahısinı ötürdü. İran rəhbərliyınin bu yalançı siyahı, xəritəni müzakirə edəcəyi bəlli idi. Şansı qaçırmadılar. İran hərbi qüvvələrinin bütün rəhbərliyi bir nöqtəyə yığılınca, cavab zərbəsi qaçılmaz oldu.

    Mükəmməl əməliyyatdır.

    Livandakı Şeyx Həsən Nəsrullah da oxşarcasına qətlə yetirilmişdi. O da "dezo"nu müzakirə edərkən yerini, ünvanını açmışdı.

    Qısası, təkrarlanan uğurlu əməliyyatlar.

    İndi bu "dezo"nu udan "Ettelaat" rəhbərliyi cəzalandırılacaq. İsrail ssenarisinə bu da daxildir. Daxili, qarşılıqlı ittihamlar səslənəcək. "Suç keçisi" kim olacaq? Bu dəfə "Ettelaat".

    Əvvəl Livanda bu minaya "Sepah" öz pəncəsini basmışdı. Əməliyyat İranın hər iki kəşfiyyat qanadını aldatdı. Döyüşə peşəkarlar gedir. Peşəkarlar da udur bu çür müharibələri.

    Mistik xronologiyada 13-ü cümə ğünü xüsusi mənaya malikdir. Təqvimdə məhz bu ğünün seçilməsi ğöstərir ki, əməliyyat çoxdan hazırlanıb. Tarixi isə Netanyahu yox, məhz Tramp seçib. Çünkü 13-ü cümə ğünü xofu ABŞ protestant mistikasıdır. Yəhudilər bu tarixə biganədirlər.

    Hücumun mistikasını Tramp müəyyənləşdirib. Öz mistik işarəsini gizlədib, müəlliflik haqqını gizlədib bu vacib detalda.