"Çöküntü"nü dibdən qaldırmaq lazımdırmı, Sergey Viktoroviç?!
Qarabağ mövzusu hələ 2020-ci ildə Azərbaycan üçün bağlanıb
Rusiyanın xarici işlər naziri S.Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuтвф (MDBMİ) çıxışı zamanı Ermənistanın baş naziri Paşinyanı tənqid edib və qeyd edib ki, məhz Praqa bəyannaməsi imzalanması qərarından sonra Paşinyan “Dağlıq Qarabağ münaqişəsi”ni həll edib.
Aydındır ki, Ermənistandakı rusiyayönlü dairələr yeni etiraz aksiyaları hazırlayır və onlara məzmun lazımdır. O da aydındır ki, bunlar Qarabağ məsələsindən Paşinyana qarşı istifadə edən qruplardır...
Halbuki bu, Ermənistanın daxili gündəmidir...
Rusiyanın xarici işlər naziri Lavrovun bu bəhanəni dilə gətirdiyi anlaşılan deyil. Başqa cür ifadə etmək mümkün deyil...
Bu cür bəyanatlara görə Azərbaycanla münasibətlərdə və Azərbaycanda Lavrova münasibətdə "məsrəflər" olacaq!!!
Rusiya bu cür bəyanatlarla Qərbin Azərbaycanla münasibətlərdə səhvlərini təkrarlayır, yəni Azərbaycanla münasibətlərdə Qarabağı və Ermənistanla münasibətlər mövzusunu qeyd etmir.
Azərbaycan mətbuatında Rusiya əleyhinə yazılar toplamağı sevən Rusiyanın Bakıdakı səfiri öz rəhbərlərinə Azərbaycanın Lavrovun bəyanatlarından narazı olduğunu bildirə bilər.
Sergey Viktoroviç bunu nəzərə almalı idi, çünki Qarabağ mövzusu hələ 2020-ci ildə Azərbaycan üçün bağlanmışdı və Lavrovun təbirincə desək, Qarabağ mövzusunu “qarışdıran”lar Azərbaycanla münasibətlərdən kənarda qalacaqlar. Rusiya Prezidenti Qarabağ mövzusunu dilə gətirmir, Lavrovun rəhbərlik etdiyi XİN də bundan nümunə götürməlidir! Əks halda Rusiya ilə münasibətlər Xarici İşlər Nazirliyinin strukturlarından kənarda gedəcək! Bu, bizim münasibətlərimizdə artıq baş verib, energetika naziri Şafrannik “Əsrin müqaviləsi”nin imzalanmasında iştirak etmiş və Rusiya Xarici İşlər Nazirliyi etiraz notaları çap edirdi...
Azərbaycan Prezidenti İlham Əliyev İtaliyada açıq şəkildə bəyan edib ki, o, anti-Rusiya sanksiyalarına qoşulmayacaq, lakin ərazi bütövlüyü mövzusunda Azərbaycanın yanaşması prinsipial və davamlıdır.
Bakıdan artıq heç nə gözləməyə dəyməz! Və Rusiyanın Azərbaycandan böyük gözləntiləri olması üçün heç bir əsas ola bilməz! Gözümüzün qarşısında “Dağlıq Qarabağı təcrid etmək cəhdi, “Vardanyan layihəsi”nin həyata keçirilməsi, “təxirə salınmış statuslu” sülh müqaviləsi layihəsinin planı var idi.
Azərbaycan işğal problemini həll etdi, Rusiya Sülhməramlı Kontingentini Azərbaycandan çıxardı...
Yəni bu mövzunu qaldıran hər kəs çöküntünü qaldırmağa cəhd edir; o kəslər Bakının diqqətindən kənarda qalacaq, özləri də çöküntü burulğanında qalacaqlar!