XƏBƏRLƏR / Elm və Texnologiya

15 yaşlı Loran Simons kvant fizikası üzrə doktor oldu

Bu barədə Belçika mətbuatı xəbər yayıb

15 yaşlı Loran Simons kvant fizikası üzrə doktor oldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • On beş yaşlı Belçika-Hollandiya əsilli yeniyetmə Loran Simons nəzəri kvant fizikası üzrə doktorluq dissertasiyasını müdafiə edib (mövzu: "Supermayelərdə və superbərk cisimlərdə Bose polaronları").

    Loran Simons səkkiz yaşında orta məktəbi bitirib, on bir yaşında bakalavr dərəcəsini alıb və on iki yaşında kvant fizikası üzrə magistr dərəcəsi alıb və aspiranturaya daxil olub.

    "Mən superinsan yaratmaq istəyirəm. Maykl Cordan kimi tullanan və olimpiyaçılar kimi qaçanları", - Simons müsahibəsində deyib.