XƏBƏRLƏR / İctimaiyyət

2020-ci ildən indiyədək mina qurbanlarının sayı

ANAMA xəbər verir

2020-ci ildən indiyədək mina qurbanlarının sayı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanda 10 noyabr 2020-ci ildən indiyə qədər mina qurbanlarının sayı açıqlanıb.

    Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

    Bildirilib ki, statistikaya əsasən, Azərbaycanda 10 noyabr 2020-ci ildən mina qurbanlarının sayı 421 nəfərdir. Onlardan 72 nəfəri ölüb, 349 nəfəri xəsarət alıb. Ölənlərin 57 nəfəri mülki şəxs, 15-i isə hərbçidir. Xəsarət alanlardan isə 171 nəfəri mülki şəxs, 178 nəfəri hərbçidir.

    Qeyd edək ki, bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günüdür.