Gəncə terrorunda valideynlərini itirən Sevilin nikahı
Qız onu dağıntılar altından xilas edən şəxslə ailə həyatı qurub

Ermənistan silahlı qüvvələrinin 2020-ci ilin oktyabrın 11-i gecə saatlarında Gəncəni raket atəşinə tutması nəticəsində ata və anasını itirən Sevil Əliyevanın nikah mərasimi olub.
Sevil onu dağıntılar altından xilas edən Talış Şərifovla ailə həyatı qurub.
Hər iki gənc Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələridir.
Sevili və azyaşlı qardaşını nənəsi himayəsinə götürüb.