XƏBƏRLƏR / İctimaiyyət

Rusiyanın yükü Ağdamdan Xankəndiyə yola düşdü

Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən humanitar yük Xankəndiyə keçmək üçün sentyabrın 9-dan Bərdədə gözləyirdi

Rusiyanın yükü Ağdamdan Xankəndiyə yola düşdü
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya Hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədilə Rusiya Qırmızı Xaç Cəmiyyəti tərəfindən göndərilən humanitar yük bu dəqiqələrdə Ağdamdan Xankəndiyə yola düşüb.

    Ərzaq və qeyri-ərzaq məhsulları yüklənmiş TIR Rusiya sülhməramlılarının postundan Əsgəran-Xankəndi istiqamətinə keçib. Yükün Ağdam-Xankəndi yolu ilə Qarabağda yaşayan ermənilərə çatdırılması nəzərdə tutulur.

    Qeyd edək ki, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən humanitar yük Xankəndiyə keçmək üçün sentyabrın 9-dan Bərdədə gözləyirdi.