Saxlanılan hərbçilər bir neçə saata dəyişdirilə bilər
Bunu Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasının rəhbəri Sarkis Xandanyan deyib

"Azərbaycandakı erməni hərbçilər bir neçə günə, hətta bir neçə saata Bakıdan qayıdacaqlar".
Bunu Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasının rəhbəri Sarkis Xandanyan deyib.
Xandanyan məsələnin həssaslığını nəzərə alaraq konkretləşdirməyib.
Onun sözlərinə görə, mübadilə Ermənistan-Azərbaycan sərhədində baş verə bilər.
Qeyd edək ki, dünən Azərbaycan və Ermənistan birgə açıqlama verərək sülh prosesinin tərkib hissəsi kimi tərəflər əllərində olan digər ölkənin bütün hərbçilərini azad etməyə razılaşıblar.