2024-cü ilin ilk 7 ayında Azərbaycan 29 mlrd. qaz hasil edib
Energetika Nazirliyi xəbər verir
Energetika Nazirliyinin məlumatına görə, 2024-cü ilin ilk yeddi ayında Azərbaycanda 29,5 milyard kubmetrə yaxın təbii qaz hasil edilib.
Əsas yataqlardan qaz hasilatı sabit artım nümayiş etdirir və ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi həcm 1,3 milyard kubmetr artıb.
Hasil edilən qazın ümumi həcminin 7,7 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından, 16,5 milyard kubmetri “Şahdəniz”dən, 0,9 milyard kubmetri “Abşeron” yatağından, 4,4 milyard kubmetri isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yataqlarından hasil edilib.