22 nəfəri öldürüb, 60 nəfəri yaralayan şəxs ölü tapılıb
Bu barədə ABŞ mənbələri məlumat yayıb
ABŞ-ın Men ştatının Lyuiston şəhərində baş verən kütləvi atışmada şübhəli bilinən Robert Kardın intihar etdiyi güman edilir.
Bu barədə ABŞ mənbələri məlumat yayıb.
Hüquq-mühafizə orqanları onun cəsədini cinayətdən iki gün sonra tapıblar.
Hücumda şübhəli bilinən Men ştatının 40 yaşlı sakini ABŞ ordusunun ehtiyatda olan əsgəri idi. O, psixi yoxlamadan keçib və psixiatriya klinikasında müalicə alıb.
Hadisə oktyabrın 25-i axşam saatlarında baş verib. Atışma nəticəsində 22 nəfər ölüb, 60 nəfər yaralanıb.