XƏBƏRLƏR / Qonşular

Üç Mərkəzi Asiya ölkəsi "Əbədi dostluq" bəyannaməsi imzaladı

Tacikistan, Özbəkistan və Qırğızıstan prezidentləri Xocənd şəhərində birinci üçtərəfli sammitə toplaşıblar FOTO

Üç Mərkəzi Asiya ölkəsi "Əbədi dostluq" bəyannaməsi imzaladı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Tacikistan Prezidenti Emoməli Rəhmon, Özbəkistanın lideri Şavkat Mirziyoyev və Qırğızıstan Prezidenti Sadır Japarov martın 31-də Xocənd şəhərində keçirilmiş birinci üçtərəfli sammitin yekunları üzrə bir sıra sazişlər imzalayıblar.

    Tacikistan, Qırğızıstan və Özbəkistan prezidentləri üç respublikanın sərhədlərinin qovuşma məntəqəsi haqqında saziş imzalayıblar.

    TASS xəbər verir ki, mərasim Tacikistanın şimalındakı Suqd vilayətinin inzibati mərkəzi olan Xocənddə dövlət başçılarının görüşü çərçivəsində baş tutub.

    Liderlər üç ölkənin dövlət sərhədlərinin qovşağına dair sənədi, həmçinin “Əbədi dostluq haqqında” Xocənd Bəyannaməsini imzalayıblar.

    Hadisə Tacikistan liderinin Xocənd yaxınlığındakı Güliston iqamətgahında baş verib.

    “Dövlət başçıları əmin olduqlarını bildiriblər ki, bu saziş iki ölkə arasında hərtərəfli əməkdaşlıq üçün möhkəm təməl olacaq və gələcək nəsillər üçün siyasi yetkinlik, qardaşlıq və tarixi məsuliyyət nümunəsi olacaq”.