Türkiyədə keçirilən əməliyyatlarda xeyli məşhur saxlanılıb
Türkiyə mediasi xəbər verir
Türkiyədə aparılan istintaq çərçivəsində həyata keçirilən əməliyyatlarda xeyli məşhur saxlanılıb.
Türkiyə mediasi xəbər verir ki, İstanbul prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində bir çox ünvanda eyni vaxtda əməliyyatlar həyata keçirilib.
Saxlanılan məşhurların siyahısında Hasan Can Kaya, Yusuf Aktaş, Emirhan Çakal, Mazlum Aktürk Mert, Eren Bülbül, Sıla Dündar, Döndü Şahin, Burak Güngör, Ahmet Can Dündar, Bercan Güven, Fırat Yaylanın da adları var.
Ölkə xaricində olduqlarına görə, haqqında qiyabi saxlanılma qərarı çıxarılan məşhurlar da (Enes Batur Sungurtekin, Barış Murat Yağcı, Ecenaz Üçer, Kemal Can Parlak, Çağrı Taner, Turgut Ekim, Barbaros Dikmen, Yaren Alaca, Nisa Bölükbaşı) var.
1 dəqiqə