31 mart 1918-ci il müsəlmanların soyqırımı olmasaydı...
...Bakı erməni şəhəri olacaqdı..
ANS TV olaraq, hər ilin 31 martı biz bütün günü, bütün verilişlərdə 1918-ci ilin 31 mart soyqırımından danışırdıq. Şəxsən mən bunu çox vacib hadisə hesab edirəm və millətimizin özünü dərketmə prinsiplərinin inşasında fundamental rol oynadığını dərk edirəm. O ağır günlər Azərbaycan bir ölkə kimi hələ yaranmamışdı və Bakıda hakimiyyət "Xalq Kommisarlarının Bakı Sovetinin" əlində idi. Şuranın əsas və çoxluq təşkil edən nəfərləri, başda Humboldt adına Berlin Universitetinin məzunu Stepan Şaumyan olmaqla, etnik ermənilər idi və onların əsas məqsədi Bakı şəhərində müsəlman əhalisinin sayını azaltmaq və başda Məhəməd Əmin Rəsulzadə olmaqla, yeqanə güclü rəqibini, Müsavat partiyasını ləğv etmək idi. Düşünürəm, bu hadisə Bakı müsəlmanlarının gözlərini açdı, onları səfərbər edərək real düşmənin erməni daşnaklarının olmasını sübut etdi. Bu hadisədən sonra Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşları Azərbaycan Dövlətinin yaradılması məsələsini artıq strateji yox, taktiki plan kimi qəbul etdilər. Azərbaycan əldən gedirdi... Beləliklə, tam 2 ay keçməmiş Kişilər 28 Mayda Azərbaycan Demokratik Respublikasını (ADR) yaratdılar və həmin ilin 15 Sentyabrında, başda Nuru Paşa Killigil olmaqla, Qafqaz İslam Ordusu və Tatar və Şəki Atlı Alayından ibarət ADR Ordusu ilə birlikdə Bakını azad etdilər!
Təqdim etdiyim ANS-TV-nin "Nəzər nöqtəsi"nin qonağı, mənim əzizim, Tarix elmləri doktoru, professor Solmaz xanım Rüstəmova-Tohididir. Əziz Dostlar, verilişə baxmağı və paylaşmağı tövsiyə edirəm. Təəssüf ki, o günlərin əsl tarixini az adam bilir. Bu verilişdən siz 31 mart müsəlmanların qırğınının hansı səbəbdən və necə başlanması, bu hadisələrdə Zeynalabdin Tağıyevin oğlunun öldürülməsi, Nəriman Nərimanov, Məhəmməd Əmin Rəsulzadə və Stepan Şaumyanın danışıqları və bir sıra digər çox maraqlı və bilmədiyiniz hadisələr haqda məlumat alacaqsınız.
Allah bütün Şəhid və Qurbanlara rəhmət eləsin!