BLOQ

Azərbaycanla Fransa münasibətində mülayımləşmə yaranacaqmı?

Azərbaycan Prezidenti xuliqanlıqda təqsirli bilinən Fransa vətəndaşını əfv edib

Azərbaycanla Fransa münasibətində mülayımləşmə yaranacaqmı?
  • Oxuma müddəti:

    4 dəqiqə

  • Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda xuliqanlıqda təqsirli bilinən Fransa vətəndaşını əfv edib.

    Bu Azərbaycan və Fransa Prezidentlərinin Albaniyada Avropa Siyasi Cəmiyyəti (ASC) çərçivəsində keçirilən səmimi görüşündən sonra baş verib. Şübhəsiz ki, bu isti görüş kölgədə qalan diplomatik təmaslardan əvvəl və ya sonra baş verib.

    Ümumavropa konteksti

    Bakının bu humanist addımında ümumavropa kontekstini də görmək olar. Aİ öz iradəsini nümayiş etdirdi və Kaya Kallası Bakıya göndərdi, onun səfəri Azərbaycanla Aİ arasında münasibətlərin dinamikasının bərpa olunduğunu elan etdi. Bakı üçün Aİ ilə münasibətlər birinci dərəcəli əhəmiyyət kəsb edir!

    Bununla belə, Brüssel Parisi qulaqardına vura bilməz. Yəni Bakıya doğru ilk addımı Brüssel atdı, onun ardınca da Bakı bu addımı atdı... Hər şey məntiqlidir və Azərbaycan öz mövqelərindən geri çəkilmir. Aİ ilə normallaşma münasibətlərin korlandığı nöqtədən baş verir... Aİ Azərbaycan və Ermənistan arasında vasitəçi olmayacaq, münasibətlərin normallaşması sırf ikitərəfli gündəliyi nəzərdə tutur...

    Bakının məqsədi Cənubi Qafqaz məsələsində Fransanı Aİ-də marginallaşdırmaq idi. Azərbaycanın prinsipial və ardıcıl mövqeyi Aİ-ni o yerə gətirib çıxarıb ki, Azərbaycanla təmaslar olmadan Mərkəzi Asiya və Cənubi Qafqazın özünə münasibətdə siyasət formalaşdırmaq mümkün deyil. Aİ-nin qarşısında seçim var idi: ya Fransanın yolui ilə getmək, ya da kursu daha praqmatik istiqamətə dəyişmək... Görünür, seçim praqmatizmin xeyrinə edilib...

    Bəs sonra nə olacaq?

    Azərbaycan-Fransa münasibətləri Fransanın təşəbbüsü və ermənipərəst mövqeyinə görə korlanıb. Fransa Azərbaycanla Ermənistan arasında danışıqlar yolunda heç nəyə nail ola bilməyib. Regional kontekstdə uğursuzluq da var idi: Paris regionda ən azı məntiqi əsaslandırılmış oxun olması üçün Ermənistan-Gürcüstan əlaqəsini rəsmiləşdirə bilmədi. Fransanın yeganə sərvəti Ermənistandır - Aİ missiyası, hərbi sənaye kompleksində əməkdaşlıq, Fransanın yardımı...

    Fransa Azərbaycandan başqa nə istəyə bilərdi?

    Fransız xuliqan Azərbaycanda həbs olunan yeganə Fransa vətəndaşı deyil. Biri də var, onun maddəsi isə casusluqdur...

    Parisi Fransanın müstəmləkəçiliyinə yönəlmiş Bakı Təşəbbüs Qrupunun fəaliyyəti də qıcıqlandırır.

    Azərbaycan Fransadan nə istəyə bilər?

    Fransa parlamentinin Qarabağla bağlı qərarlarının ləğvi;

    Azərbaycan-Aİ və Azərbaycan-NATO münasibətlərində araqarışdırmaçılığa son qoyulması.

    Hansı daha realdır?

    Əminliklə demək olar ki, Fransa parlamentinin qərarlarını ləğv etmək mümkün deyil. Bakı Təşəbbüs Qrupunun fəaliyyətini məhdudlaşdırmaq da mümkün deyil - o, artıq bir institutdur və şaxələnib.

    Yəni, gündəmdə uzunmüddətli tendensiyası olan və bir-birinə qarşı istifadə olunacaq mövzular var.

    Ən real ssenari Azərbaycanla Fransa arasında münasibətlərin sabitləşdiyi və tədricən normallaşdığı ssenaridir. Bu normallaşmada əsas istiqamət  problemləri ikitərəfli formata endirmək, Azərbaycan-Aİ və Azərbaycan-NATO münasibətlərini Fransanın destruktiv təsirindən çıxarmaqdır.

    İndiki mərhələdə Fransanın regiondakı fəaliyyətini konstruktiv məcraya yönəltmək Azərbaycan üçün vacibdir. Fransanın erməni işlərinə qarışmasının miqyasını nəzərə alsaq, bu, asan məsələ deyil. Amma, gördüyümüz kimi, son proseslər məqsədin həyata keçirilməsinin mümkün olduğuna inanmağa əsas yaradır.

    Əks halda, Fransa kimi böyük oyunçuların müqavimətinə baxmayaraq, Azərbaycanın cavab verməyə və öz gündəmini davam etdirməyə imkanı var.