BLOQ

32 il əvvəli təkrarlamayaq...

Hər şeyi unudub humanistlik edirik. Özü də çox böyük...

32 il əvvəli təkrarlamayaq...
Xankəndi, 1991-ci ilin avqustu
  • Oxuma müddəti:

    5 dəqiqə

  • Qorxuram, dövlətin bu humanistliyi bizi 32 il əvvəlki vəziyyətə gətirib çıxarsın.

    Dəyməyin, toxunmayın, şərait yaradın, təhlukəsiliklərinə dövlət zəminində rəsmi təminat verin, çıxıb getsinlər. Görüş üçün Bakıya dəvət edib yalvarmayın. Onlar bizim nə vətəndaşlığımızı qəbul edəcəklər, nə pul vahidimizi qəbul edəcəklər, nə də gerb və bayrağımızı... 32 il əvvəl dövlət səviyyəsində buraxdığımız səhvi bir də təkrarlarmayaq.

    1991-ci ilin avqust ayında Xankəndi şəhəri belə idi.

    Bilirsiniz niyə? Çünki şəhər ətrafinda, konkret olaraq Xankəndi ətrafının 2-3 km-də yerləşən bütün Şuşa rayonunun kəndləri və kənd camaatı yerlərində idilər. Malıbəyli-Quşçular, Kosalar, Cəmilli, Kərkicahan-Qaybalı və Xəlfəli, Şırlan-Allahqulular, Zamanpəyəsi, Fingə.

    Mən şəkillərə baxıb danışmıram, bu şəkildəki mənzərələrin hamısının canlı şahidəyəm və gözlərimlə görmuşəm.

    Şuşa işgaldan azad edildikdən sonra mən və bir çox hərbi ekspert məsələ qaldırdıq ki, kiçik qruplar şəklində Şuşanın kəndlərinə sızıb həmin kəndlərdə əsgər kazarmaları yaratmaq və mühafizə işlərini tamamlamaq və yavaş-yavaş sakinləri köçürmək lazımdır. Neylədilər? Aygun Kazımovanı Şuşada şıllaq atmağa gətirdilər. Bu o vaxtlar idi ki, 44 günlük muharibədən sonra Ermənistanin başi nakautda idi, nə edəcəklərini bilmirdilər və həmin kəndlərin hamısı boş idi.

    Həmin vaxtlar (1991) Xankəndində aclıq, susuzluq, əlacsızlıq, çarəsizlik, ümidsizlik, rus zabitləri və əsgərləri ilə fahişəlik baş alıb gedirdi. Yaşamağa ümidləri yox idi. Bir tərəfdən də Kosalar kəndindən Xankəndinə gedən 4 ədəd diametri cox böyuk su kəmərini Milli Qəhrəman Mövsum Məmmədovla bilikdə partlatdıq, çünki onlar bir həftə əvvəl Şuşaya gələn yeganə su borusunu partlatmışdılar.

    Səhv etmirəmsə, 1991-ci ilin yay ayları idi. Qəflətən Ermənistan tərəfindən iki döyüş vertolyotu və bir sərnişin vertolyotu Şuşaya daxil oldu. Sərnişin vertolyotu Cıdır düzünə eniş etdi, iki döyuş vertolyotu isə havada dairəvi mühafizəni təşkil edirdi. Bilmirəm, onda SSRİ-nin idi, yoxsa Rusiyanın...

    SSRİ Xarici İşlər Nazirliyinin şöbə müdiri Vladimir Kazimirov gəlmişdi. Onu Şuşanın komendantı polkovnik Ələkbər Ələsgərov və biz qarşıladıq. Elə həmin yerdə - Cıdır düzündə Kazimirovun ilk təklifi belə oldu ki, rus əsgərlərini gətirək, qan tökülməsin. Həmin dəqiqədə komendant qəti şəkildə etirazını bildirdi. Bilmirəm, Şuşanın rəhbərliyi ilə görüşdülər, ya yox, amma onu dəqiq bilirəm ki, bir neçə saatdan sonra Kazimirov Cıdır düzünə qayıdaraq Xankəndinə uçdu.

    Xankəndindəki ermənilərlə 4 saatlıq görüşdən sonra gəldi ki, ermənilərin hamısı ərizə yazaraq könüllü şəkildə, öz istəkləri ilə Xankəndindən köçub getmək istəyirlər, şərtləri və xahişləri isə budur ki, dövlət səviyyəsində təhlükəsizliyimizə zəmanət verilsin və ev əşyalarını aparmaq üçün yük maşınları ilə kömək etsinlər, köçüb gedək. Dövlət o zaman bunu etmədi, nə maşın verdi, nə də zəmanət, əksinə, ermənilərə dayaq durdular, Qrad, top, Alazan atmamağımızı cidd-cəhdlə tövsiyə edirdilər. Hətta bizi hüquq ilə hədələyirdilər. Yalnız hücum olduğu təqdirdə qarşısını almaq… Və nəticədə bu 32 ildə nə qədər şəhidimiz və əlilimiz oldu. Çünki Bakı və dövlət bilmirdi ki, Qarabağda həqiqətən şiddətli müharibə gedir, kəndlər işğal olunur, insanlar öldürülür və əsir göturulur… Bakı, dövlət və bütün Azərbaycan Milli Qəhrəman, reportyor Çingiz Mustafayev Xocalı hadisələrini lentə alıb bütün Azərbaycana və dünyaya göstərdikdən sonra Bakıdakılar başa düşdülər ki, Qarabağda həqiqətən əməlli-başlı muharibə gedir.

    Bir daha deyirəm, dəyməyin, toxunmayın, yalvarmayın, şərait yaradın, dövlət səviyyəsində təhlükəsizliklərinə zəmanət verin, çıxıb getsinlər. Onlar bunun hamısını özləri yaxşı başa düşürlər.

    Xankəndinə bir təcili yardım gedib, az qalırsınız bayram edəsiniz.

    Siz demirəm, özüm ölüm, ilk kolbasa buterbrodunda gözlərinizin içinə baxıb gülümsəyərək zəhərləyəcəklər, ən yaxşı halda bu belə olacaq. Buraxın, getsinlər.