Paşinyan Rusiyadan ayrılıb Avropaya sığına bilərmi?
Əlbəttə ki, fantaziya edə bilər, lakin bu, Ermənistana əməli faydadan daha çox zərər verəcək
Əgər Paşinyana təzyiq o qədər güclüdür ki, onu hakimiyyətin itirilməsi ilə hədələyirsə, o zaman belə bir addım ata bilər.
Amma yenə də bu, praktiki baxımdan böyük problemlərə gətirib çıxaracaq. Aİ, əlbəttə ki, dünyada, siyasətdə, iqtisadiyyatda mühüm oyunçudur, lakin indiki vəziyyətdə Ermənistan üçün praktiki addımlar lazımdır, Rusiyanı praktiki əvəzləmə lazımdır. Amma bu gün Ermənistanın belə imkanı yoxdur.
Aİ, birincisi, coğrafi məsafəyə görə, ikincisi, bu cür qarşılıqlı əlaqə üçün institusional bazanın olmaması səbəbindən bu funksiyanı yerinə yetirə bilmir. Avropalı investorlar isə Ermənistan iqtisadiyyatına sərmayə qoymağa xüsusi maraq göstərmirlər.
Ermənistanın əmək bazarı Rusiya ilə çox sıx bağlıdır. Təkcə xatırlamaq kifayətdir ki, Ermənistanın bir çox əmək qabiliyyətli vətəndaşları mövsümi və daimi işləmək üçün Rusiya Federasiyasına gedir və oradan Ermənistandakı qohumlarına pul göndərirlər.
Avropada belə işçi qüvvəsinin kimə lazım olduğu böyük sual doğurur. Üstəlik, sadə erməni xalqı xarici dilləri bilmir və onlarda tələb olunan əmək qabiliyyəti yoxdur.
Əlbəttə ki, fantaziya edə bilərsiniz, lakin bu, Ermənistana əməli faydadan daha çox zərər verəcək”.