Qurtarmaq lazımdır bu görüşləri. 31 il görüşdük, noooldu ki? Axırda biz deyənə gəlib çıxdınız və nəticəsi də göz qabağında.
Ağdamdan başlamaqla Tank Briqadası və yaxşı hazırlanmış 2 ədəd motoatıcı taborlarla Əsgəranı keçməklə Xocalını və Xocalı aeroportunda bir bölük (rota) saxlamaqla Xankəndindən 3 km aralı olan Dəmir Yol Vağzalını götürüb, dairəvi müdafiə qurmaq və ətraf yüksəkliklərdən Xankəndinə nəzarət etməyin tam vaxtıdır. və sonra Xankəndi-Ağdam dəmir yolunun bərpasının tam vaxtıdır. Görüm ondan sonra Xocalı aeroportuna necə yürüş edəcəklər, baxım Laçın Keçid Məntəqəsinə tərəf necə yürüş edəcəklər?
Laçın Keçid Məntəqəsindəki keçid azdır, Şuşa Polisi və Daxili Qoşunlar, Sərhəd Qoşunları, Şuşanın aşağısında, vaxtı ilə ekoloqların durduğu məkanda ikinci bir döyüş postu yaradılmalıdır və hərtərəfli yoxlanış aparılmalıdır.
Laçın keçid məntəqəsindən sonra, Şuşanın Salatınkənd (Yextsahoq), Kiçik Qaladərəsi, Böyük Qaladərəsi, Turşsu (Lisoqor) kəndlərindən Xankəndinə silah-sursat keçirə bilirlər. Bu kəndlər təpədən-dırnağa kimi, adi kənd sakinlərindən tutmuş, separatçıların ordu üzvləri ilə doludur; hamısı da silahlı. Ümumiyyətlə, bu kəndlərdə tam olaraq pasport qeydiyyat rejiminin aparılmasının da tam vaxtıdır. Tam təmizlənilməlidir. Yalnız bundan sonra Laçın Sərhəd-Buraxılış Məntəqəsi tam təhlükəsiz olaraq fəaliyyətini davam etdirə bilər.
1991-ci ilin aprel aynda Laçın və Şuşa polisi olaraq biz bunu etdik, ərizələrini alıb, yük maşınları ilə təmin etdik və Ermənistana yola saldıq. Tam vaxtıdır!